02 İyul 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibi uduzdu

Portuqaliya çempionatının5-ci turuna yekun vurulub.

Portuqaliya çempionatının 5-ci turunda “Qarabağ”ın Avroliqadakı rəqibi “Sportinq” səfərdə “Benfika”ya 1:0 hesabı ilə uduzub.

Hazırda 10 xalla 5-ci pillədə qərarlaşan Lissabon təmsilçisi lider “Benfika”dan 3 xal geri qalır.

Qeyd edək ki, Avropa Liqasında “Sportinq”ə ilk oyunda 0:2 hesabı ilə uduzan “Qarabağ” rəqibini noyabrın 29-da Bakıda qəbul edəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43