Hollandiyalı baş məşqçi Flip Koku ilə yollarını ayıran “Fənərbaxça” klubunda baş məşqçi postuna iki namizəd var. Türkiyə mətbuatının verdiyi məlumata görə, İstanbul təmsilçisi yerli mütəxəssislə çalışmaq istədikdə bu mövsüm “Kasımpaşa”dan ayrılan Kemal Özdeş ən güclü namizəd hesab olunur.
Əgər klub rəhbərliyi əcnəvi çalışdırıcı ilə davam etmək qərarı versə, o zaman klub PSJ-nin sabiq baş məqşqçisi Loran Blana tapşırılacaq.
Qeyd edək ki, “Fənərbaxça” bu tur əzəli rəqibi “Qalaytasaray”la qarşılaşacaq.