Bu gün Affa İntizam Komitəsinin iclası keçirilib.
“Neftçi-2” – “Səbail-2” matçında “Səbail-2” komandasının heyətində limit pozulmuşdur. Belə ki, turnirin reqlamentinə əsasən meydanda 2001-ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdır. Beləki “Səbail-2” komandası oyunun 90+2-ci dəqiqəsində 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovu yerinə meydana 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozmuşdur. Bunu nəzərə alaraq İntizam Komitəsi oyunun nəticəsini ləğv edir və kluba 0:3 hesablı texniki məğlubiyyət verir.