27 Dekabr 2024
Dünya futbolu

“Vorskla”nın baş məşqçisi yenidən “Qarabağ”ı yada salıb

Ukrayna çempionatının XV turunda “Vorskla” evdə “Şaxtyor”a 0:2 hesabı ilə uduzub. Oyundan sonra mətbuat konfransı keçirən ev sahibi komandanın baş məşqçisi Vasili Saçko məğlubiyyət barəsində danışıb:

“Şaxtyor” və “Qarabağ” oyunlarından dərs çıxartmalıyıq. Zəif tərəflərimiz təyin edin edib bunun üzərində işləməliyik. Yaran fasilə bizim üçün böyük fürsətdir. Düşünürəm ki, lazımınca faydalana biləcəyik”.

Qeyd edək ki, “Vorskla” “Şaxtyor”dan əvvəl noyabrın 8-də Avropa Liqasının IV tur matçında “Qarabağ”a uduzub – 0:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43