Millətlər Liqasının D qrupunda Moldoviya San Marinonu 1:0 hesabı ilə məğlub edib.
İdmanxeber.az-ın məlumatıan görə, “Zirə”nin hücumçusu Aleksandr Dedovla “Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova yığmasının heyətində Millətlər Liqasının D Liqasında San Marinoya qarşı oynayıblar.
Yevgeni Koçuk 1:0 hesabı ilə başa çatan görüşdə 60 dəqiqə meydanda olub. Dedov isə 66-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, ikinci qələbəsini qazanan Moldova xal hesabını 8-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.