AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Macarıstan yığmasının baş məşqçisi Marko Rossi yerli mətbuatına açıqlama edib. O, arzularının həyata keçirmək istədiklərini bildirib:
“Qrup haqda nə deyə bilərəm ? Təbii ki, çətin olacaq. Biz arzularımızı həyata keçirmək üçün mübarizə aparacayıq. Ancaq buna söz verə bilmərəm. Ümid edirəm ki, arzumuz çin olar və Budapeştdəki oyunlara çıxarıq”.
Macarıstan seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Azərbaycanla birlikdə E qrupunda mübarizə aparacaq.