“Bakıda keçiriləcək Avroliqanın final qarşılaşması ilə bağlı paytaxtın bəzi küçələrində məhdudiyyət qoyulması ilə bağlı informasiya doğru deyil”.
Bu sözləri İdmanxeber.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.
Qurum rəsmisi bildirib ki, mətbuatda final oyunu öncəsi mərkəzi küçələrdə vətəndaşların hərəkətinə məhdudiyyətin qoyulması ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir:
“Bakı şəhərinin hər hansı ərazisində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı nə oyunun yerli Təşkilat Komitəsinin, nə də UEFA-nın belə bir istəyi və ya tələbi olub. Bu məlumatın hardan qaynaqlandığı barədə informasiyamız yoxdu”.
Qeyd edək ki, final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.