Premyer Liqada mövsümü üçüncü pillədə başa vuran “Səbail” ilk transferini reallaşdırıb.
Idmanxeber.az-ın məlumatına görə, paytaxt klubu “Zirə”dən ayrılan Kamal Bayramovu rənglərinə bağlayıb. 33 yaşlı əlcək sahibi gələn mövsümün sonuna qədər “dənizçilər”də çıxış edəcək.
Qeyd edək ki, Kamal Bayramov 2015-ci ildən “Zirə”də oynayırdı.