“Çelsi”nin futbolçusu David Luiz Britaniya mətbuatına açıqlama verib.
İdmanxeber.az-ın məlunatına görə, braziliyalı futbolçu Avropa Liqasının finalında qarşılaşacaqları “Arsenal”ın futbolçusu Henrik Mxitaryanın Bakıya gətirilməməyinə də münasibət bildirib:
“Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdır. “Qarabağ”a qarşı oynayan zaman Azərbaycanda olmaq imkanım oldu. Ora gözəl ölkədir”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü mayın 29-u saat 23:00-da başlayacaq.