AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin müqaviləsinə xitam veriləcək.
İdmanxeber.az sportlife.az-a istinadən xəbər verir ki, bu barədə göstəriş AFFA-ya birbaşa SOCAR-dan verilib.
Qeyd olunur ki, qurumun baş sponsoru olan Dövlət Neft Şirkətindən həm klubların, həm də hakimlərin avstriyalı mütəxəssislə bağlı mövsümboyu etdiyi şikayətlərə son qoyulması tələb olunub.
Bildirilir ki, yeni mövsümün startından öncə Ştuxliklə yolların ayrılması barədə rəsmi açıqlama veriləcək.