28 Noyabr 2024
Dünya futbolu

“Kəpəz”in sabiq futbolçusu Ukraynada döyüşlərə qatılıb

“Kəpəz” klubunun sabiq futbolçusu Aleksandr Sıtnik ölkəsi Ukraynada döyüşlərə qoşulub.

İdmanxeber.az xəbər verir ki, 38 yaşlı hücumçu Slavyansk şəhərinin müdafiəsində iştirak edir.

İlk günlərdə səngərdən-səngərə qaçdığını deyən forvard nə baş verdiyini anlamadığını bildirib: “Əvvəl gizlənirdim. Amma artıq öyrəşmişəm. Daha doğrusu, buna alışmaq qeyri-mümkündür. Anlayıram ki, başımın üstündən mərmilər uçur və istənilən vaxt mənə dəyə bilər. Sadəcə, indi qorxu yoxdur, müəyyən təcrübə qazanmışam”.

Qeyd edək ki, Aleksandr Sıtnik 2015/2016 mövsümündə “Kəpəz”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43