Avropanın ən çox borcu olan futbol klubları açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə “Deloitte” şirkətinin hesabatında bildirilir.
Siyahının ilk pilləsindən İspaniya “Barselona”sı qərarlaşıb. Hazırda Kataloniya təmsilçisinin 1,3 milyard borcu var.
Klub məhz bu səbəbdən ötən il ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini yeniləyə bilməyib və 35 yaşlı hücumçu Fransa PSJ-sinə keçib.
İkinci ən çox borcu olan 900 milyon avro ilə İtaliya “Yuventus”udur. İlk “3-lüy”ü 826 milyon avro ilə İngiltərə “Tottenhem”i qapayır.
Növbəti sıralarda İtaliyanın “İnter” (702 milyon avro), Milan (666 milyon avro), İspaniyanın “Real Madrid” (662 milyon avro), İngiltərənin “Arsenal” (625 milyon avro), İspaniyanın “Atletiko” (Madrid) (523 milyon avro), İngiltərənin “Mançester Yunayted” (420 milyon avro) və “Liverpul” (386 milyon avro) klubları yer alıb.
Report