26 İyun 2026
Kateqoriyasız

“Neftçi” Kenni Sayef və Vato Arveladzenin son durumunu açıqladı

Premyer Liqanın V turunda “Sumqayıt”la matçdan öncə sıradan çıxan Vato Arveladze və matçdan öncə burnundan zədə alan  Kenni Sayefin durumuna aydınlıq gəlib.

Klubun mətbuat ximətindən İdmanxeber.az-a bildirilib ki, Vato Arveladzenin zədəsi ciddidi və o, 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Məşq zamanı burnu sınan Kenni Sayef isə növbəti oyunda meydana çıxa bilər. İsrailli yarımmüdafiəçi qoruyucu maska ilə məşqlərdə iştirak edə biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43