01 İyul 2026
Kateqoriyasız

UEFA Gənclər Liqası: “Qəbələ” məğlubiyyətlə başladı

“Qəbələ”nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Zaur Hacıyevin baş məşqçi olduğu komanda birinci mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gəlib. Sloveniyalı David Smaytsın idarə etdiyi görüşdə “Qəbələ” 0:3 hesabı ilə uduzub.

Bu komandaların cavab qarşılaşması oktyabrın 4-də Qəbələdə keçiriləcək.

12 sentyabr

“Hayduk U-19” – “Qəbələ U0-19” – 3:0

Qollar: Vrçiç, 24-pen, Kaluşiç, 51, Nazor, 83


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43