02 İyul 2026
Dünya futbolu Kateqoriyasız

“Onların “Qarabağ” və “Barselona” ilə oyunlarını izləmişəm” – Simeone İnzagi

“İnter”in baş məşqçisi Simeone İnzagi Çexiyada “Viktoriya”ya (Plzen) qarşı keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, 46 yaşlı mütəxəssis Plzen təmsilçisi ilə matçdan öncə bunları deyib:

“Viktoriya”nın “Qarabağ” və “Barselona” ilə oyunlarını izləmişik. Ön xətdə yaxşı oyunçuları var”.

Bu gün keçiriləcək “Viktoriya” – “İnter” qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43