Bir müddətdi cəzalı durumda olan “Səbail”in futbolçusu Fakundo Kardozo komandanın baş məşqçisi Mahmud Qurbanov tərəfindən bağışlanılıb.
İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubunun çalışdırıcısı “Sumqayıt”la qələbə qazandıqları matçdan sonra argentinalı futbolçunu “dubl”dan əsas komandaya çağırıb.
Qeyd edək ki, Luvaqa Kizito və Fakundi Kardozo onlardan gözlənilən performansı ortaya qoymadıqları üçün bir müddət idi ki, əvəzedici heyətə göndərilmişdi