28 İyul 2026
Dünya futbolu

Azərbaycan hakimləri Avropa çempionatının elit-raunduna təyinat alıblar

Azərbaycanın FIFA hakimləri 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas referi Elçin Məsiyev və köməkçi Pərvin Talıbov martın 22-dən 28-dək Polşada təşkil ediləcək 6-cı qrupun matçlarında iş başında olacaqlar.

Qeyd edək ki, həmin qrupda İsrail, Polşa, Serbiya və Latviya milliləri mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43