27 İyul 2026
Dünya futbolu

“Qarabağ” dünya reytinqində irəlilədi

“Qarabağ” klubların dünya reytinqində irəliləyib.

İdmanxeber.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, siyahıda Azərbaycandan yalnız Ağdam klubu yer alıb.

Aktivində 149 xalla 62-ci sırada qərarlaşan təmsilçimiz ötən dəfə ilə müqayisədə 7 pillə irəliləyib.

Siyahıda birinci “Flanmenqo” (313), ikinci “Real” (308), üçüncü isə “Palmeyras” (263) klubu yer alıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43