27 İyul 2026
Dünya futbolu

“Hər şeyə yenidən başlayırıq” – Erik ten Haq

Erik ten Haq “Mançester Yunayted”in “Real Betis” üzərindəki qələbəsindən (4:1) danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının oyunundan razı qalıb. O, görüş barədə  bunları deyib:

“Hər iki hissədə çox yaxşı oynadıq. Fasiləyə 3-0 öndə olmalıydıq, amma səhvə yol verdik və 1-1 hesabı ilə başa vurduq. Azarkeşlərin dəstəyi möhtəşəm görünürdü. Topla yaxşı davarnadıq, cinahlardan çıxışlar, müdafiə hamısı öz yerində idi. Komandanın uğursuzluqlara necə reaksiya verdiyini görmək həmişə əladır. Bu mövsüm ilk dəfə deyil ki, hər şeyi yenidən başlayırıq. Bu komandanın xarakteri var, ona görə də ona qiymət verirəm.

Vout Veqorst dəfələrlə qol vurmağa yaxınlaşdı. Başqalarına şans da yaradırdı. Bruno əla idi, oyunu diktə edirdi və yaxşı ötürmələr verdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43