11 İyul 2026
Ölkə futbolu

“Qarabağ” – “Qalatasaray” matçının gəlirləri niyə Türkiyəyə köçürülməyib?

Bakıda xeyriyyə məqsədi ilə keçirilən “Qarabağ” – “Qalatasaray” matçından əldə edilən gəlir hələ də Türkiyəyə göndərilməyib.

Məsələyə aydınlıq gətirmək üçün Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əalqə saxladıq.

O, idmanxeber.az saytına etdiyi açıqlamada əldə edilən məbləğin yaxın günlərdə qardaş ölkəyə köçürüləcəyini bildirib:

“Vəsaitin Türkiyəyə göndərilməməsində səbəb ödəmələrin tam olaraq bizim hesabımıza köçürülməməsidir. Çünki oyuna yalnız bilet satışlarından yox, reklamlar və teleyayım gəlirləri də olub.

Matçın keçirildiyi dönəm Novruz Bayramı ərəfələrinə təsadüf etdiyi üçün bəzi köçürmələr qeyri-iş günü olduğundan yubandı. 

Ancaq böyük ehtimal bu həftənin ilk günlərində problem öz həllini tapacaq və biz ümumi məbləği Türkiyəyə göndərəcəyik. Toplanan vəsaiti şəffaf şəkildə ictimaiyyətə də açıqlayacağıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43