“Turan Tovuz” Misli Premyer Liqasının XXX turunda “Kəpəz”lə qarşılaşacaq.
İdmanxeber.az-a verilən məlumata görə, qərb derbisi öncəsi Tovuz klubunun zədəli futbolçuları heyətə qayıdıb. Ötən matçda forma geyinə bilməyən komandanın əsas silahlarından olan Natan Oduva “Kəpəz”ə qarşı oynaya biləcək.
Onun zədəsinin tam sağaldığı bildirilir. Komandanın digər zədəli futbolçusu Marakvelidze Piruzi də hazır vəziyyətdədir.
O, baş məşqçinin şans verəcəyi təqdirdə Gəncə təmsilçisinə qarşı meydanda olacaq.
“Kəpəz” – “Turan Tovuz” matçı aprelin 15-də saat 16:00-da start götürəcək.
İdmanxeber.az

