“Kəpəz” Misli Premyer Liqasının XXX turunda qarşılaşacağı “Turan Tovuz” matçını stadionunun qazonunun yararsız olması səbəbindən Qəbələdə keçirəcək.
İdmnaxeber.az-ın məlumatına görə, rəhbərlik qərb derbisi öncəsi gəncəli azarkeşlərin Qəbələyə rahat gəlməsi üçün vacib addım atıb. Belə ki, “Kəpəz”ə dəstək olmaq istəyən fanatlar üçün avtobus ayrılıb.
Rəhbərlik Gəncədən oyuna baxmaq istəyən fanatlar üçün iki avtobus təşkil edib. Bununla yanaşı, Bakıdan da komandaya dəstək olmaq istəyən tərəfdarlar unutulmayıb.
Bir avtobus da paytaxtdan Qəbələyə getmək istəyən tərəfdarlar üçün ayrıldığı bildirilir.
“Kəpəz” – “Turan Tovuz” matçı aprelin 15-də saat 16:00-da start götürəcək.
İdmanxeber.az

