“Neftçi”nin iki legioner futbolçusu komanda ilə birlikdə məşqlərə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Ataa Caber və hücumçu Vato Arveladze artıq kollektivlə birlikdə çalışmalarda iştirak edirlər. Boynundakı ağrıdan əziyyət çəkən müdafiəçi Azər Əliyevin müalicəsi isə davam edir.
“Neftçi” bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la qarşılaşacaq.

