15 İyul 2026
Dünya futbolu

Reşford qayıtdı

“Mançester Yunayted”in hücumçusu Markus Reşford komanda ilə məşqlərə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli hücumçu zədəsini sağaldıb. Onunla yanaşı Lyuk Şou, Marsel Zabitser və Tirell Malasia da məşqlərə başlayıb.

Oyunçuların qarşıdakı matçda oynaya biləcəyi bildirilir.

Aprelin 20-də Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Mançester Yunayted” “Sevilya” ilə qarşılaşacaq.  İlk oyun heç-heçə başa çatıb – 2:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43