“Arsenal” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, “topçular” “Vest Hem”də çıxış edən Deklan Raysla maraqlanır. London klubu mərkəz müdafiəçisi üçün 80 milyon funt sterlinq ödəməyə hazırdır.
24 yaşlı futbolçunun da “Arsenal”da çıxış etməyə razı olduğu bildirilir. Tərəflərin yayda danışıqlara başlayacağı vurğulanıb.
İngiltərəli oyunçu “Vest Hem”də 39 oyunda 2 qol vurub.

