Lionel Messi PSJ-dən ayrılmaqla bağlı qərarını açıqlamağa tələsmir.
İdmanxeber.az Kataloniya radiosuna istinadən xəbər verir ki, argentinalı futbolçu PSJ-nin yeni sözləşməsini gözdən keçirməyi planlaşdırır. Messi yeni müqaviləyə nəzər yetirdikdən sonra qərarıni vermək istəyir.
Qeyd edək ki, həm İspaniya, həm də Fransa mediasında yazılanlarla inansaq ulduz futbolçu “Barselona”ya keçməyə çox yaxındı.