Türkiyə Super Liqasının 32-ci turunda “Beşiktaş” “Qalatasaray”ı qonaq edəcək.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul Təhlükəsizlik Komitəsi derbi öncəsi azarkeşlərlə bağlı qərar verib. Bildirilir ki, “Vodafone Park”da keçiriləcək matçda “Qalatasaray” azarkeşləri yer almayacaq.
Təhlükəsizlik tədbirləri üçün belə bir qərarın alındığı vurğulanıb.
Görüş bazar günü saat 20:00-da start götürəcək.