28 İyul 2026
Dünya futbolu

“Barselona”da iki futbolçu ilə yollar ayrılır

“Barselona”nın yarımmüdafiəçisi Frank Kesye bu yay komandadan ayrılacaq.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, Kesye və  Andreas Kristensen maaşlarının azalmasından imtina ediblər.

Bu səbəbdən də rəhbərlik onlarla yolları ayırmağa hazırlaşır. Oyunçular üçün gələn təkliflər dəyərləndiriləcək.

Fil dişili bu mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43