“Kəpəz” klubu “Sumqayıt” oyunu öncəsi təqdirəlayiq addım atıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda Vətən Müharibəsi zamanı Gəncəyə atılmış raket nəticəsində valideynlərini itirmiş Hüseyn Əliyevi doğum günü münasibətilə təbrik edərək və ona müxtəlif hədiyyələr verib.
Daha sonra Hüseyn simvolik olaraq oyunun başlama zərbəsini vurub.
Əliyev eyni zamanda “Kəpəz”in 11 yaşlılarından ibarət komamdasında çıxış edir.


