29 Sentyabr 2024
İdman

Millimizin üzvü Rumıniyada bürünc medal qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatının bürünc medalını qazanıb.

İdmanxeber.az xəbər verir ki, 28 yaşlı voleybolçunun şərəfini qoruduğu “Luqoy” üçüncü yeri tutub.

Adıçəkilən komanda üçüncülük uğrunda Buxarest “Rapid”i ilə qarşılaşıb. Hər üç görüşdə rəqibini məğlub edən “Luqoy” (3:0; 3:2; 3:1) Rumıniya çempionatının bürünc mükafatına yiyələnib.

Qeyd edək ki, Azərbaycan çempionu olan “Rabitə”nin sabiq voleybolçusu 2022-ci ildən “Luqoy”un formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43