17 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz”u sevindirən xəbər

Misli Premyer Liqasının 33-cü turunda “Neftçi” ilə görüşdə zədələn “Turan Tovuz”un futbolçusu Roderik Millerin son durumu bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, qabırğasından zədələnən oyunçunun MRT yoxlanışının ardından heç bir sınığın olmadığı bildirilib.

Millerin ən qısa vaxtda yenidən yaşıl meydanlara qayıdacağı gözlənilir.

Panamalı futbolçu komandasının “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdiyi matçda qollardan birinin müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43