PSJ-nin müdafiəçisi Serxio Ramos Paris klubu ilə yeni müqavilədən imtina edib.
İdmanxeber.az “Marca”ya istinadən xəbər verir ki, rəhbərlik ispaniyalıya yeni sözləşmə təklif etsə də, Ramos qəbul etməyib. O, digər klublardan təklif gözləyir.
Futbolçu ilə “Sevilya”nın maraqlandığı bildirilir. Ramos yeni mövsümdən İspaniyada çıxış etməyə müsbət yanaşır.
37 yaşlı futbolçu bu mövsüm Liqa 1-də 31 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə edib.