PSJ rəhbərliyi hücumçu Lionel Messini heyətində saxlamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik argentinalıya yeni müqavilə təklif edəcək. Sözləşmənin müddəti 1+1 illik olacaq.
Yeni müqavilədə ulduz oyunçuya 100 milyon avro maaş təklif ediləcək.
Messinin PSJ ilə hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir. Futbolçunun adı “Barselona” və “Əl-Hilal” klubları ilə hallanır.
Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 20 qol vurub və 20 məhsuldar ötürmə verib.