“Qarabağ”ın bu gün keçirilən 10-cu çempionluq tədbirində maraqlı anlar yaşanıb.
İdmanxeber.az xəbər verir ki, komandanın liderlərindən olan Qara Qarayev “Aypara” qrupu ilə birgə “Anadır arzulara hər zaman Qarabağ” mahnısını ifa etməyə başlayıb.
Daha sonra isə Tahir Gözəl başda olmaqla “Qarabağ” klubunun rəhbərliyi bu mahnıya oynayıblar.