Misli Premyer Liqasında 2022/2023 mövsümünə bu gün yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “Sabah”la “Neftçi” ikincilərin meydanında üz-üzə gəlib. Görüş “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar müvafiq olaraq gümüş və bürünc mükafatı təmin etdiklərindən, qarşılaşma formal xarakter daşıyıb.
Mövsümün son görüşü isə “Azersun Arena”da ə baş tutub Çempionluğu rəsmiləşdirən “Qarabağ” altıncı yerin sahibi “Turan Tovuz”u məğlub edib -3:1.
Bu matçın ardından “Qarabağ”, “Sabah” və “Neftçi” üçün mükafatlandırma mərasimi təşkil olunacaq.
Azərbaycan Premyer Liqası
XXXVI tur
28 may
17:00. “Neftçi” – “Sabah” 1:0
Baş hakim: Rəvan Həmzəzadə
“Bakcell Arena”
19:30. “Qarabağ” – “Turan Tovuz” 3:1
Baş hakim: Əli Əliyev
“Azersun Arena”