Ölkə futbolu

Ramil Şeydayev “Qarabağ”dan gedir – Qurban Qurbanov açıqladı

Ramil Şeydayev “Qarabağ”dan ayrılır.

İdmanxeber.az-ın məlumatına görə, bu baqda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Ramilin karyerasını ölkə xaricində davam etdirəcəyini bildirib:

“Bəli, daha çox vida görüşünə oxşayırdı. Anidən olan bir şey idi. Ramili çox istəyirəm. O, kişi xarakterli bir futbolçudur. Bəlkə də üzdən görünmür, Ramil çox vətənpərvər biridir. O, azərbaycanlılara çox böyük dəyər verir. Həmişə çalışır ki, lazım olan yerlərdə öndə olsun. Milli komandaya kimi biz onunla “Qarabağ”da bir yerdə olmuşduq. Bir-birimizə təşəkkür elədik. Bizim söhbətimiz olmuşdu. Nə mən ondan ayrılmaq istəyirdim, nə i məndən. Sadəcə bəzən elə nüanslar olur ki, biz buna hazır olmalıyıq. Təkcə futbolçu yox, kollektivimizdən əsl vətənpərvər, əsl azərbaycanlı, idmançı xarakteri olan birini böyük ehtimalla başqa ölkəyə yola saldıq. İkimiz də duyğulandıq”.

Qeyd edək ki, Ramil Şeydayevin Taylandın “Buriram Yunayted” klubuna keçəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43