15 İyul 2026
Dünya futbolu

“Mançester Siti” xorvatiyalı futbolçu ilə anlaşdı

“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç “Mançester Siti”yə keçməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı xorvatiyalı yarımmüdafiəçi “şəhərlilər”lə şifahi razılığa gəlib. Transferin yaxın zamanda rəsmən açıqlanacağı bildirilir.

Kovaçiç bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Yarımmüdafiəçinin londonlularla müqaviləsi 2024-cü ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43