“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya klubunda fəaliyyətini davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb. Bildirilir ki, rəhbərliyin iclası zamanı təcrübəli mütəxəssislə yola davam qərarı alınıb. Qasperini ilə 2025-ci ilə qədər müqavilə imzalandığı bildirilir.
“Atalanta” ötən mövsüm A Seriyasını 6-cı pillədə başa vurub və Avropa Liqasında çıxış edəcək.

