“Arsenal” “Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays üçün təklif hazırlayır.
İdmanxeber.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “topçular” yaxın günlərdə onun üçün 90 milyon funt-sterlinq (demək olar ki, 105 milyon avro) təklif edəcək. Əgər razılıq əldə olunsa, London klubu gələn yaya qədər tam məbləği ödəməlidir.
Rays “Arsenal”ın yay üçün əsas transfer hədəfidir. Rəhbərlik əvvəlcə “Vest Hem”lə razılığa gəlməyi düşünür.
Daha sonra isə oyunçu ilə danışıq masasına oturacaq.

