“Barselona”nın baş məşqçisi Xavi “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendini komandasına görmək istəyir.
İdmanxeber.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, oyunçu klubun transfer siyahısında birinci yerdədir. Subimendi bu mövsüm klubda 44 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Onun “Real Sosyedad”la müqaviləsi 2027-ci ilin yayında başa çatır.

