10 İyul 2026
Dünya futbolu

“Real”ın Keyn üçün təklifi hazırdı

“Real”ın rəhbərliyi “Tottenhem”in hücumçusu Harri Keynin transferi ilə bağlı son təklif hazırlayır.

İdmanxeber.az “AS” nəşrinə istinadla xəbər verir ki, Madrid klubu forvard üçün 100 milyon avrodan çox xərcləməməyi planlaşdırır. “Tottenhem” bu məbləğdən razı qalmasa, Madrid təmsilçisi transferdən imtina edəcək.

2022-2023-cü il mövsümündə Keyn bütün turnirlərdə 49 matç keçirib. Bu oyunlarda o, 32 qol və beş məhsuldar ötürmə ilə fərqlənib. Oyunçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43