11 İyul 2026
Milli komanda

Canni De Byazi: “Bilmirəm ki, siz nə gözləyirdiniz?”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Estoniya oyunu (1:1) barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis görüşün ardından keçirilən mətbuat konfransında oyunu belə şərh edib:

“Özüm istefa verməyəcəyəm, buradayam, işimi davam etdirirəm. Məni ancaq qovsalar gedəcəyəm. Bu gün çox yaxşı komandaya qarşı oynayırdıq. Heyətlərində keyfiyyətli oyunçular var idi. İlk hissədə bizi xeyli çətinə saldılar. İkinci yarı isə taktiki və sistem dəyişikliyi etdik. Düşünürəm ki, oyunu uda bilərdik.

Oyunçular tapşırıqları düzgün yerin yetirə bilirlərsə, meydanda saxlayıram. Əgər belə olmursa, onları dəyişməliyəm. Necə ki, ikinci hissəyə 3 əvəzetmə ilə başladıq”.

Byazi millimizin qrupdan çıxmaq şanslarının az olduğu və qarşıdakı oyunlara necə motivasiya olacaqları sualına isə belə cavab verib:

“Bugünki oyuna görə komandaya heç nə demək olmaz. Bilmirəm ki, siz nə gözləyirdiniz? Qarşıdakı Avstriya və İsveç oyunlarını udmağı? Çalışacağıq ki, növbəti oyunlarda qalib gələk”.

İtaliyalı mütəxəssis sərəncamında güclü futbolçular olmadığını etiraf edib:

“Qrupumuz barədə nə düşünürsünüz? Uğur qazanmaq üçün yaxşı maşın olmalıdır. Biz bunun üzərində çalışırıq. Buradakı futbol cəmiyyətində nələrin baş verdiyini məndən yaxşı bilirsiniz. Qısa müddətdə belə az oyunçu ilə uğur qazanmaq asan deyil. Açığı, daha güclü millidən təklifim var idi. Sadəcə, bura ilə müqaviləm davam etdiyi üçün atıb getmək istəmədim”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43