Yay transfer dönəmində “Neftçi”ni tərk edən ilk əcnəbi futbolçu müəyyənləşib.
İdmanxeber.az klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Sezar Meza Kolli Bakı klubundan ayrılıb.
31 yaşlı paraqvaylı oyunçunun başa çatan müqaviləsinin yenilənməməsi qərara alınıb.
Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.

