Sergen Yalçın “Neftçi” ilə razılaşa bilməyib.
İdmanxeber.az Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasındakı danışıqlar müsbət nəticələnməyib. Buna səbəb baş məşqçi ilə rəhbərliyin arasında fikir ayrılığı olmasıdır.
Mənbə yazır ki, maliyyə məsələsi ilə yanaşı, komandanın avrokuboklarda və Premyer Liqadakı hədəfləri ilə bağlı fikir alış-verişi üst-üstə düşməyib.
Bu səbəbdən də Yalçın köməkçisi ilə bərabər Türkiyəyə qayıdıb.

