“Kəpəz” Ahmet Ayzayanı buraxmaq niyyətində deyil.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, tərəflər bir müddətdir danışıqları davam etdirsə də, hələlik razılığa gəlinməyib. Ayzaya klubdan maaşının artırılmasını istəyir.
“Kəpəz” rəhbərliyi də oyunçuya ötən mövsüm aldığından daha yüksək əmək haqqı təklif edib. Tərəflər arasında danışıqlar davam edir.
28 yaşlı futbolçunun karyerası barədə yaxın günlərdə qərar verəcəyi bildirilir.

