22 İyul 2026
İdman

Üç cüdoçumuz yarışı medalsız bitirdi

Azərbaycanın üç cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqəni başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançılardan Nurlan Osmanov təsəlliverici görüşdə Vallteri Olinə (Finlandiya), İbrahim Əliyev eyni raundda yerli cüdoçu Erdenebayar Batzayaya uduzub.

81 kq-dakı Zelim Tçkayev ilk dueldə Conqhun Vona (Cənubi Koreya) yenilərək mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Böyük Dəbilqə iyunun 25-də başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43