İcarə əsasında “Konyaspor”da çıxış edən Mahir Emreli müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıdıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb. Klubun rəsmi İnstaqram səhifəsi Mahir Emrelinin şəklini “Xoş qayıtdın” sözləri ilə paylaşıb.


