Yarımmüdafiəçi Adrien Rabio “Yuventus”la müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumata görə, müqavilə 2024-cü il iyunun 30-dək qüvvədədir. Rabio 2019-cu ildən Turin klubunda çıxış edir.
Onun hesabında 177 oyun, 17 qol və 12 məhsuldar ötürmə var. O, 2019/20 mövsümündə “Yuventus”la İtaliya çempionu olub.
28 yaşlı fransız ötən mövsüm 48 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

