“Seltik”in hücumçusu Jota karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı portuqaliyalıya oyunçunun xidmətində “Əl-İttihad” maraqlıdır. Tərəflərin razılığa yaxın olduğu bildirilir.
Jota ötən mövsüm “Seltik”in heyətində 43 oyuna çıxıb, 15 qol vurub və 12 məhsuldar ötürmə verib. Portal “Transfermarkt” oyunçunun dəyərini 13 milyon avro qiymətləndirir.

