“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri olan Bosniya və Herseqovina “Jelezniçar”ı ilə Belarusun “Dinamo” (Minsk) klubları arasında Bakıda keçiriləcək cavab oyununun başlama saatı açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, iyulun 20-də oynanılacaq I təsnifat mərhələsinin ikinci qarşılaşması saat 21:00-da başlayacaq.
Görüş “Qarabağ”a məxsus “Azersun Arena”da təşkil olunacaq.
Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində bu cütün qalibi ilə qarşılaşacaq. Oyunlar iyulun 27-də və avqustun 3-də keçiriləcək.

